“Liverpul”dan yeni transfer
“Liverpul” heyətini yeni futbolçu ilə gücləndirib. Komanda son olaraq Çempionşipdə çıxış edən “Preston”un qapıçısı Fredi Vudmeni transfer edib.
Bu barədə Mersisayd təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
28 yaşlı qolkiperlə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, ingiltərəli qapıçı bundan əvvəl “Nyukasl”, “Aberdin”, “Kilmarnok” və “Bornmut” kimi klubların formasını geyinib.