“Liverpul”dan rekord
“Liverpul” Çempionlar Liqasında “Vilyarreal”la qarşılaşıb – 3:2. İngiltərə klubu iki oyunun (5:2) nəticəsinə görə rəqibini məğlub edərək finala yüksəlib.
Mersisaydlılar cavab görüşündə rekorda imza atıb. Matçda üç dəfə fərqlənən “qırmızılar” bir mövsümdə ən çox qol vuran klub adına sahib çıxıb.
Yurgen Kloppun yetirmələri mövsüm ərzində bütün yarışlarda ümumilikdə 57 oyun keçirib. Komanda bu matçlarda 139 qol vurub.