“Liverpul”dan antirekord
“Liverpul” Premyer Liqada son 60 ilin ən pis nəticəsinə imza atıb. Komanda “Nottingem Forest”lə matçdan məğlub ayrılıb – 0:3.
“Liverpul” 1965-ci ildən bəri ilk dəfə İngiltərə Premyer Liqasında ardıcıl iki məğlubiyyət alıb. Həmin vaxt kluba Bill Şenkli rəhbərlik edirdi.
“Liverpul” hazırda 18 xalla İngiltərə çempionatında 11-ci pillədə qərarlaşıb.












