“Liverpul”da yeni rekordçu
Məhəmməd Salah yeni rekorda imza atıb. Misirli hücumçu “Liverpul”un Premyer Liqadakı ən məhsuldar futbolçusu olub.
Salah 26-cı turun “Mançester Yunayted”lə görüşündə (7:0) iki qol vurub. O, bununla da qol sayını 129-a çatdırıb. Afrikalı forvard bunadək rekorda sahib olan Robbi Fauleri keçib.
Salah həm də “Mançester Yunayted”in qənimi olub. O, Premyer Liqada “qırmızı şeytanlar”a ən çox qol vuran futbolçu ünvanına şərik çıxıb.
Misirli Alan Şirerə çatıb. Onların hər ikisi bu rəqibə 10 qol vurub.