“Liverpul”da yeni müqavilə
“Liverpul” daha bir oyunçusu ilə sözləşməni yeniləyəcək. “Qırmızı-ağlar” Ceyms Milnerlə yeni müqaviləyə imza atacaq.
Mersisayd təmsilçisi futbolçunu komandada saxlamağı planlayır. 36 yaşlı yarımmüdafiəçinin hazırkı sözləşməsi bu yay başa çatır.
Qeyd edək ki, Milner 2015-ci ildən “Liverpul”un şərəfini qoruyur.