“Liverpul”da yeni müqavilə
“Liverpul” idman markası “Adidas” ilə müqavilə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Tərəflər arasında razılaşmanın detalları açıqlanmayıb.
“Adidas” 2025-ci ildən klubu idman geyimləri ilə təmin edəcək.
Qeyd edək ki, mersisaydlıların əvvəlki forma sponsoru “Nike” şirkəti idi.