“Liverpul”da Salah problemi
Məhəmməd Salah “Liverpul”la danışıqlar aparır. Tərəflər hələ də yeni sövdələşmə ilə bağlı razılığa gəlməkdən uzaqdırlar.
Misirli ilə mersisaydlılar arasında mövcud müqavilə 2025-ci ilin yayında başa çatacaq. Razılıq əldə olunmasa, Salahın Səudiyyə Ərəbistanında və digər Avropa klublarında işləmək imkanları var.
Qeyd edək ki, forvard bu mövsüm “Liverpul”un heyətində 17 oyun keçirib, 10 qol vurub və 10 məhsuldar ötürmə edib.