“Liverpul”da itkilər

“Liverpul”da itkilər

“Liverpul” iki itki ilə üzləşib. Bunu baş məşqçi Yurgen Klopp açıqlayıb.

O bildirib ki, Roberto Firmino və Ceyms Milner növbəti iki oyunu buraxacaq. Hər iki futbolçu zədədən əziyyət çəkir.

Onlar “Lester” və “Aston Vllla” ilə Premyer Liqa görüşlərindən kənar qalacaq. Bu matçlar dekabrın 26-da və 30-da baş tutacaq.

Zədədən sonra bərpa olan Trent Aleksander-Arnold və Aleks Oksleyd-Çemberlen, həmçinin yığmadan qayıdan Vircil van Deyk artıq komanda ilə məşq edir və meydana çıxa bilər.

ETOPAZ

Əvvəlki yazı

Di Mariya millidə qaldı

Növbəti yazı

Rotterdamda korta çıxacaq ulduzlar