“Liverpul”da ciddi itki
“Liverpul”da ciddi itki baş verib. Komandanın hücumçusu Kodi Qakpo zədələnib.
O, Premyer Liqanın “Tottenhem”lə matçının (1:2) fasiləsində əvəzlənib. Futbolçunun aldığı xəsarət açıqlanmır. Bildirilir ki, Qakpo bir neçə həftəyə qədər sıradan çıxa bilər. O, çox güman ki, oktyabrda Niderland millisində oynamayacaq.