“Liverpul”da ciddi itki

“Liverpul”da ciddi itki

“Liverpul”un heyətində ciddi itki baş verib. Komandanın müdafiəçisi Covanni Leoni sıradan çıxıb.

Futbolçu ötən gün İngiltərə Kubokunun III turunda “Sauthempton”la keçirilən oyunun 81-ci dəqiqəsində zədələnib.

18 yaşlı müdafiəçinin dizində çarpaz bağların qopduğu müəyyənləşib.

İtaliyalı oyunçunun nə zaman yaşıl meydanlara qayıdacağı barədə isə məlumat verilməyib.

Qeyd edək ki, “Liverpul” Covanni Leonini bu ilin avqustunda “Parma”dan 31 milyon avroya transfer edib.

ETOPAZ

Əvvəlki yazı

“El Klassiko”nun tarixi açıqlandı

Növbəti yazı

“Sabah”ın son rəqibi bəlli oldu