“Liverpul”da ayrılıq

“Liverpul”da ayrılıq

“Liverpul” sol cinah müdafiəçisi Konstantinos Tsimikas ilə yollarını ayırır. Yunanıstanlı futbolçu mersisaydlıların bu mövsümkü planlarında yer almır.

Bu yay Miloş Kerkezin gəlişi ilə müdafiənin sol cinahını möhkəmləndirən Premyer Liqa təmsilçisi 29 yaşlı oyunçu ilə yollarını ayırmaq qərarına gəlib.

Yunanıstan millisinin üzvü ilə “Nottingem” və “Lids” klubları yaxından maraqlanırlar.

Qeyd edək ki, Tsimikas 2020-ci ildə “Liverpul”a “Olimpiakos”dan transfer edilmişdi.

ETOPAZ

Əvvəlki yazı

Vinisius “Real”la razılığa gələ bilmədi

Növbəti yazı

Günün kuponu – 20.08.2025