“Liverpul” və “Barselona”dan qələbə
UEFA Çempionlar Liqasının Liqa mərhələsində VII turun daha 9 oyunu keçirilib.
“Liverpul” səfərdə Fransanın “Marsel” klubu ilə üz-üzə gəlib. Mersisaydlılar rəqibini 3 cavabsız qolla darmadağın edib.
“Barselona” səfərdə “Slaviya”dan üstün olub. “Bavariya” isə “Yunion”u məğlub edib.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi
VII tur
21 yanvar
21:45. “Qarabağ” (Azərbaycan) – “Ayntraxt” (Frankfurt, Almaniya) 3:2
21:45. “Qalatasaray” (Türkiyə) – “Atletiko” (İspaniya) 1:1
00:00. “Çelsi” (İngiltərə) – “Pafos” (Kipr) 1:0
00:00. “Atalanta” (İtaliya) – “Atletik” (İspaniya) 2:3
00:00. “Yuventus” (İtaliya) – “Benfika” (Portuqaliya) 2:0
00:00. “Slaviya” (Çexiya) – “Barselona” (İspaniya) 2:4
00:00. “Marsel” (Fransa) – “Liverpul” (İngiltərə) 0:3
00:00. “Nyukasl” (İngiltərə) – PSV (Niderland) 3:0
00:00. “Bavariya” (Almaniya) – “Yunion” (Belçika) 2:0












