“Liverpul” rekorda şərik oldu

“Liverpul” rekorda şərik oldu

“Liverpul” Premyer Liqanın 33-cü turunda “Aston Villa”nı 2:1 hesabı ilə məğlub edib. Komandanın heyətində qələbə topunun müəllifi olan Sadio Mane cari mövsümdə qollarının sayını 15-ə çatdırıb.

Seneqallı forvard mövsüm ərzində komandanın heyətində 15 qol həddinə çatan üçüncü oyunçudur. Mersisaydlıların digər forvardları Məhəmməd Salahın aktivində 22, Dioqo Jotada isə 15 top var.

“Liverpul” bununla “Mançester Siti”nin rekordunu təkrarlayıb. 2013/14 mövsümündə “şəhərlilər”də Yaya Ture, Serxio Aquero və Edin Dzeko Premyer Liqada 15 qola çatıb.

ETOPAZ

Əvvəlki yazı

Morent mövsümü erkən bitirə bilər

Növbəti yazı

“Mayami”də itki