“Liverpul” – “Qarabağ” matçının biletləri satışda
Yanvarın 28-də UEFA Çempionlar Liqasının 8-ci turu çərçivəsində keçiriləcək “Liverpul” – “Qarabağ” oyununun biletləri satışa çıxarılıb. Ən ucuz biletin qiyməti 9 funt sterlinq (təxminən 21 manat) təşkil edir.
Biletlərin qiymətləri 61 funt sterlinqə (təxminən 140 AZN) qədərdir.
Son satış tarixi yanvarın 7-si olaraq müəyyən edilib.
61 min azarkeş tutumuna malik “Enfild” stadionunda keçiriləcək qarşılaşma saat 00:00-da start götürəcək.










