“Liverpul” müdafiəçi alacaq
“Liverpul” yeni müdafiəçi almağı planlaşdırır. Ingiltərə klubu Patrik Dorqunun xidmətində maraqlıdır.
Premyer Liqa təmsilçisi “Leççe”nin futbolçusunu qışda transfer etmək istəyir. Onun Endryu Robertsonun əvəzləyicisi olacağı gözlənilir.
Dorquya digər klublar da iddia edir. “Barselona” və “Mançester Siti” onun keçidində maraqlıdır.