“Liverpul” mübarizəni dayandırdı
İngiltərə Kubokunun 1/16 finalında daha bir top komanda mübarizəni dayandırıb. “Liverpul” səfərdə “Brayton”a 1:2 hesabı ilə uduzub.
Bununla da, mersisaydlılar turnirlə vidalaşıb. Daha əvvəl bu mərhələdə Premyer Liqada turnir cədvəlinin lideri “Arsenal” “Mançester Siti”yə 0:1 uduzaraq yarışda mübarizəni dayandırmışdı.