“Liverpul” Kloppla danışıqlara başladı
“Liverpul” Yurgen Kloppla yeni müqavilə ilə bağlı danışıqlara başlayıb. Klub baş məşqçini saxlamaq niyyətindədir.
54 yaşlı almaniyalının hazırkı müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub. “Liverpul” Kloppla müqaviləni ən azı 4 il uzatmaq fikrindədir.
Hazırkı müqaviləyə əsasən, Yurgen ildə 10 milyon funt sterlinq qazanır. Yeni sözləşmə ilə bu məbləğ daha da yüksələcək.
Qeyd edək ki, Klopp “Liverpul”u 2015-ci ildən çalışdırır. Bu müddət ərzində o, Premyer Liqa və Çempionlar Liqası da daxil olmaqla 5 kubok qazanıb.