“Liverpul” Ekitikeni cəzalandırdı
“Liverpul” Uqo Ekitikeni cəzalandırıb. İngiltərə Liqa Kubokunun 1/16 final mərhələsində “Sauthempton”la oyunda qırmızı vərəqə alan fransalı hücumçuya klub tərəfindən intizam cəzası verilib.
Bu barədə “Daily Mail” nəşri məlumat yayıb.
Mersisayd təmsilçisi, futbolçunun yersiz vərəqəsinə görə onun 2 həftəlik maaşını kəsəcək.
Qeyd edək ki, Uqo Ekitike komandasını önə keçirən qolu vurduqdan sonra ikinci sarı vərəqə ilə meydandan qovulub.












