“Liverpul” “Çelsi”yə çatdı
İngiltərə kubokunda 2021/22 mövsümü başa çatıb. Final oyununda “Çelsi” və “Liverpul” üz-üzə gəlib.
120 dəqiqəsi qolsuz başa çatan matçın taleyi penaltilər seriyasında həll olunub. Daha dəqiq olan “Liverpul” 6:5 hesabı ilə qalib gəlib. Londonlularda Sesar Aspilikueta və Meyson Maunt, mersisaydlılarda isə Sadio Mane penaltini qola çevirə bilməyib.
Bununla da 16 ildən sonra ölkə kubokunu qazanan “Liverpul” tarixində 8-ci dəfə bu uğura imza atıb. 2006-cı ildən sonra kuboku qazana bilməyən mersisaydlılar “Çelsi”yə çatıb. Eyni sayda 8 kuboku olan “zadəganlar” ardıcıl üçüncü dəfə finalda uduzub.
Qeyd edək ki, “Arsenal” 14, “Mançester Yunayted” 12, “Tottenhem” isə “Çelsi” və “Liverpul” kimi 8 dəfə kubok qazanıb.