“Liverpul” bu yarımmüdafiəçini istəyir
“Liverpul” heyətini gücləndirmək niyyətindədir. Klub yayda “Sauthempton”un yarımmüdafiəçisi Romeo Lavianı transfer etməyə hazırlaşır.
Mersisaydlılar orta xətdə böyük dəyişikliklər planlaşdırır. Daha əvvəl “Çelsi”nin futbolçunun transferi üzərində fəal işlədiyi, həmçinin “Mançester Siti”, “Arsenal” və “Mançester Yunayted”in 19 yaşlı oyunçu ilə ilə maraqlandığı bildirilirdi.