“Liverpul” Bellinqemə alternativ tapdı

“Liverpul” Bellinqemə alternativ tapdı

“Liverpul”un yayda heyətinə qatmaq istədiyi yarımmüdafiəçinin adı bəlli olub. Cud Bellinqemin transferindən imtina edən İngiltərə klubunun hədəfinə Kelvin Filipsi düşüb.

Mersisaydlılar onu heyətinə qatmağa qərar verib. “Mançester Siti”də kifayət qədər oyun praktikası qazanmayan yarımmüdafiəçinin özü də klubunu dəyişmək arzusundadır.

“Qırmızılar” onun üçün 35 milyon avro ödəməyə hazırdır. Bu keçidin mövsümün sonunda gerçəkləşəcəyi gözlənilir.

Mançesterlilər Kelvini ötən il “Lids”dən 45 milyon avroya transfer edib.

ETOPAZ

Əvvəlki yazı

Radukanu “Top-100”dən kənarda

Növbəti yazı

Günün kuponu – 27.04.2023