Foster karyerasını bitirdi
İngiltərə millisinin sabiq qapıçısı Ben Foster karyerasını başa vurub. Bunu qolkiperin özü açıqlayıb.
O, futbolçu karyerasını 39 yaşında bitirib. Foster bu yay “Nyukasl”dan aldığı təklifi qəbul etməyib.
Benin son klubu ötən mövsüm Premyer Liqanı tərk edən “Uotford” olub.
O, karyerası ərzində “Stok Siti”, “Mançester Yunayted”, “Birminhem və “Vest Bromviç”də də çıxış edib. Foster Premyer Liqada hamıdan çox – 34 min 959 dəqiqə keçirməklə rekordçudur.