“Liverpul” “26”ya çatdı
“Liverpul” Premyer Liqanın 30-cu turunda “Everton”а qalib gəlib – 1:0. Bununla da, komandanın İngiltərə çempionatında məğlubiyyətsiz seriyası 26 oyuna çatıb.
Mersisaydlıların bu mövsüm çempionatdakı yeganə məğlubiyyəti sentyabrın 14-də “Nottingem Forest”lə oyuna təsadüf edib (0:1).
O vaxtdan bəri “Liverpul” 19 dəfə qalib gəlib, 7 dəfə heç-heçə edib.
Avropanın digər komandalarından PSJ bu mövsüm Fransa Liqa 1-də keçirdiyi 27 oyunda, “Srvena Zvezda” isə Serbiya çempionatında 29 qarşılaşmada məğlub olmayıblar.
Ötən mövsümü də nəzərə alsaq, “Srvena Zvezda”nın məğlubiyyətsiz seriyası artıq 47 oyuna çatıb, PSJ-də isə bu göstərici 29-dur.