“Liverpul” 10 ildən sonra finalda
İngiltərə kubokunun yarımfinal mərhələsinə start verilib. İlk görüşdə “Mançester Siti” “Liverpul”a məğlub olub – 2:3.
Mersisaydlılar son 10 ildə ilk dəfə İngiltərə kubokunun finalına yüksəlib. Komanda Yurgen Kloppun rəhbərliyi altında ilk dəfə bu mövsüm 1/8 final mərhələsini adlaya bilmişdi. İndi isə artıq həlledici görüşə çıxmağı bacarıblar.
“Liverpul” sonuncu dəfə 2011/12 mövsümündə İngiltərə kubokunun finalında oynayıb. Komanda həlledici görüşdə “Çelsi”yə məğlub olub (1:2).