Lissabonda bərabərlik, Berlində 6 qol
Avropa Liqasında 1/8 final mərhələsinə start verilib. Bu gün 4 qarşılaşma baş tutub.
“Bayer” “Ferensvaroş”u qəbul edib. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə nəticələnib.
“Roma” “Real Sosyedad”la qarşılaşıb. İtaliyalılar 2 cavabsız qolla qalib gəlib.
“Arsenal” “Sportinq”in qonağı olub. Lissabonda keçirilən görüş heç-heçə bitib – 2:2.
Berlin “Union”u isə Belçika “Union”unu qəbul edib. 6 qolun vurulduğu matçda qalib müyyənləşməyib – 3:3.