Liqa 1-də mövsümün qapıçısı
Fransa çempionatında mövsümün ən yaxşı qapıçısı seçilib. Bu ada PSJ-nin qolkiperi Canluici Donnarumma layiq görülüb.
O, mükafat uğrunda mübarizədə “Marsel”dən Antoni Lopesi, “Nant”dan Alban Lafontu və “Nitsa”dan Valter Benitesi qabaqlayıb. Ötən mövsümün ən yaxşısı da məhz onun komanda yoldaşı Keylor Navas seçilmişdi.
Qeyd edək ki, 23 yaşlı Donnarumma keçirdiyi 23 matçda 23 qol buraxıb və 8 görüşdə qapısını toxunulmaz saxlayıb. Onun PSJ ilə müqaviləsi 2026-cı ildə başa çatır.