Liqa 1-də ayın futbolçusu müəyyənləşdi
Liqa 1-də ayın ən yaxşı futbolçusunun adına aydınlıq gəlib. PSJ-nin hücumçusu Lionel Messi Fransa Liqasında sentyabrın oyunçusu seçilib.
Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb. Argentinalı səslərin 57%-ni qazanıb. Sentyabrda o, Fransa çempionatında üç oyun keçirib, bir qol vurub və üç məhsuldar ötürmə verib.