“Lion”un yarımmüdafiəçisinə İtaliyadan iki müştəri
“Lion”un yarımmüdafiəçisi Hussem Auar karyerasını A Seriyasında davam etdirə bilər. Onun xidmətində iki İtaliya klubu maraqlıdır.
24 yaşlı fransalının müqaviləsi 2023-cü ilin yayında başa çatır və sözləşmənin uzadılması ilə bağlı razılıq əldə olunmayıb. Futbolçuya “Roma” və “Yuventus” iddia edir.