“Lion”dan bir xal silindi

“Lion”dan bir xal silindi

Liqa1-in XIV turunun yarımçıq dayandırılan “Lion” – “Marsel” oyunu ilə bağlı qərar verilib. Fransa Peşəkar Futbol Liqası meydan sahiblərinə ağır cəza verib.

Noyabrın 21-də baş tutan və ev sahiblərinin azarkeşinin şüşə butulka ilə qonaqların futbolçusu Dmitri Payeti vurması nəticəsində 5-ci dəqiqədə dayandırılan görüşün boş tribunalar önündə keçirilməsi qərara alınıb. Həmçinin “Lion”un aktivindən 1 xal silinib. Payeti vuran fanata isə 6 aylıq şərti cəza verilib. Bu, Liqa1-in cari mövsümündə ilk belə hadisə deyil. “Monpelye” “Marsel”, “Nitsa” – “Marsel”, “Anje” – “Marsel”, “Lans” – “Lill” və “Sent-Etyenn” – “Lion” oyunlarında da bənzər hadisələr yaşanıb.

ETOPAZ

Əvvəlki yazı

“Hyuston”un seriyası “7”yə çatdı

Növbəti yazı

“Beşiktaş”da istefa