“Lion” Paketanı satmaq niyyətindədir
“Lion”un yarımmüdafiəçisi Lukas Paketa bu yay klubu tərk edə bilər. Bu barədə klubun meneceri Bruno Şeyru danışıb.
O, bildirib ki, komandanın heyətini azaltmaq lazımdır. “Lion”un Paketa üçün əvvəlcə təxminən 60 milyon funt-sterlinq istədiyi söylənirdi. Lakin klub indi qiyməti iki dəfə azaldıb 30 milyon funt-sterlinqə çatdırıb.