“Lion” Marselodan imtina etdi
“Lion” sol cinah müdafiəçisi axtarışlarını davam etdirir. Fransa klubuna “Real”ın sabiq oyunçusu Marselo təklif olunub.
Menecerlər tərəfindən təklif olunan braziliyalı futbolçunun namizədliyi nəzərdən keçirilsə də, Liqa1 təmsilçisi 34 yaşlı “sambaçı”dan imtina edib. Buna səbəb Marselonun yüksək maaş tələb etməsidir. Ulduz futbolçu “Los-Anceles”dən təklif alsa da, karyerasını Avropada davam etdirmək istəyir.