Linqarda yeni qiymət

Linqarda yeni qiymət


İngiltərənin “Mançester Yunayted” klubu futbolçusu Cessi Linqardın transfer qiymətini aşağı salıb. Buna səbəb yarımmüdafiəçinin müqaviləsinin 2022-ci ilin yayında başa çatmasıdır. Futbolçunun azad agent kimi klubunu ayrılmaması üçün mançesterlilər onu yanvarda satmağa razıdır. Klub rəhbərliyi onun keçidi üçün əvvəlkindən daha az – 12 milyon funt sterlinq tələb edir. Linqardın xidmətində “Vest Hem” maraqlıdır.
Xatırladaq ki, Cessi daha çox oyun praktikası qazanmaq üçün “Mançester Yunayted”dən getmək istəyir. O, bu üzdən də yeni müqavilə imzalamaqdan imtina edib.

ETOPAZ

Əvvəlki yazı

Robinsonun yeni klubu

Növbəti yazı

Dominik Tim ATP reytinqində 2 pillə gerilədi