Linqarda 10 milyon funt qiymət qoyuldu
İngiltərənin “Mançester Yunayted” klubu futbolçusu Cessi Linqardı satmağa razılıq verib. Yarımmüdafiəçi artıq qış transfer pəncərəsində klubunu dəyişə bilər.
Mançesterlilər 28 yaşlı ingiltərəlinin keçidi üçün 10 milyon funt sterlinq istəyir. Linqardla “Vest Hem”in maraqlandığı bəllidir. Ötən mövsümün ikinci yarısında oyunçunu icarəyə götürən London klubu Cessini almaq niyyətindədir.
Qeyd edək ki, Linqard cari mövsümdə 8 oyun keçirib və 2 qol vurub.