Linqard ərəb klubunda
Cessi Linqard “Əl-İttifaq”ın məşqlərinə qatılıb. Yarımmüdafiəçi bir ay müddətində baxışda olacaq.
30 yaşlı ingiltərəli azad agent statusuna malikdir. Onunla bağlı yekun qərarı baş məşqçi Stiven Cerrard verəcək.
Linqard ötən mövsümdə “Nottinhem Forest”də çıxış edib. O, 20 matçda 2 qol vurub.