Lillardlı “Miluoki”dən uğurlu seriya

Lillardlı “Miluoki”dən uğurlu seriya

“Miluoki” cari mövsümdə uğurlu göstəriciyə imza atıb. “Baks” lideri Damien Lillardın 25 və ya daha çox xal topladığı görüşlərin hamısında qalib gəlib.

Komanda 6-cı belə uğuruna “Şarlott”la matçda nail olub. 130:99 hesablı qələbəyə Lillard 27 xalla töhfə verib.

Bunadək 5 belə oyun baş tutub. “Toronto”nu 128:112, “Detroyt”u 120:118, “Nyu-York”u 110:105, “Mayami”ni 122:114 və “Filadelfiya”nı 118:117 hesabı ilə məğlub edəndə də ulduz basketbolçu 25 xal səddini keçib.

ETOPAZ

Əvvəlki yazı

“Klippers” sindromu qırdı

Növbəti yazı

Günün kuponu – 19.11.2023