Lillardla 122 milyonluq anlaşma

Lillardla 122 milyonluq anlaşma

Demian Lillard “Portlend”lə müqaviləni uzadıb. 31 yaşlı ulduz basketbolçunun yeni anlaşması daha 2 illik nəzərdə tutulub.

O, bu müddətdə 122 milyon dollar qazanacaq. Müqavilədə 2026/27 mövsümü ilə bağlı oyunçu bəndi də yer alıb.

Ümumilikdə isə Lillard qarşıdakı 5 ildə 270 milyon əldə edəcək. O, NBA tarixinin ən yüksək ödənişli basketbolçuları sırasında düşəcək. Demianın karyerası ərzindəki qazancı 451 milyon olacaq.

Ötən mövsüm cəmi 29 matça çıxan Lillard orta hesabla 24,0 xal, 4,1 ribaund və 7,3 ötürmə ilə fərqlənib.

ETOPAZ

Əvvəlki yazı

Di Mariya “Yuventus”da

Növbəti yazı

Poqba Turində