Lillard üçün təhlükə
Damian Lillard NBA-da mövsümü başa vurmaq təhlükəsi ilə üzləşib. “Portlend”in ulduzu əzələsindəki ağrılardan əziyyət çəkir.
“Bleyzers” müntəzəm çempionatın sonunadək daha 9 matç keçirəcək. Komandanı pley-inə vəsiqə verən sonuncu pillədən 4 qələbə ayırır.
“Portlend”də yeganə itki təkcə Lillard deyil. “Çikaqo” ilə son qarşılaşmada (96:124) Anferin Saymons və Ceremi Qrant da iştirak edə bilməyib. Hər iki oyunçu zədədən əziyyət çəkir.