“Lids”in gözü “Borussiya”nın müdafiəçisində

“Lids”in gözü “Borussiya”nın müdafiəçisində

Dortmund “Borussiya”sının daha bir futbolçusu karyerasını İngiltərədə davam etdirə bilər. Müdafiəçi Rafael Gerrero “Lids”in maraq dairəsinə düşüb.

29 yaşlı futbolçunun müqaviləsi mövsümün sonunda başa çatacaq. İngiltərəlilər bundan yararlanmaq niyyətindədir. “Lids” rəhbərliyi müdafiəçini azad agent kimi heyətinə qatmağı planlaşdırır.

Qeyd edək ki, Gerrero 2016-cı ildən “Borussiya”da çıxış edir. O, cari mövsümün 26 matçında 4 qol vurub.

ETOPAZ

Əvvəlki yazı

Günün şansı – 18.03.2023

Növbəti yazı

180 milyonluq hücumçu