“Lids”in baş məşqçi planı

“Lids”in baş məşqçi planı

“Lids”in baş məşqçisi postuna əsas namizəd bəlli olub. İngiltərə klubu Karlos Korberonun xidmətində maraqlıdır.

Hazlrda “Vest Bromviç”i çalışdıran mütəxəssislə danışıqlar davam edir. Klub rəhbərliyi yeni baş məşqçi ilə uzunmüddətli müqavilə bağlamağı planlaşdırır.

Korberonun “Vest Bromviç”lə anlaşması 2025-ci ilin yayında başa çatacaq. Bu üzdən 39 yaşlı mütəxəssisin klubu ilə danışıqlar müsbət yekunlaşmalıdır.

Qeyd edək ki, “Lids” uğursuz nəticələr üzündən Cessi Marşla yollarını ayırıb.

ETOPAZ

Əvvəlki yazı

Şventek liderliyini qorudu

Növbəti yazı

Lukas Moura London klubundan ayrılır