“Lids”in əsas namizədi
“Lids”in baş məşqçisi postuna əsas namizəd bəlli olub. İngiltərə klubunu Daniel Farke çalışdıra bilər.
Almaniyalı mütəxəssislə danışıqlar yekunlaşmağa yaxındır. 46 yaşlı çalışdırıcı “Seltik”dən də təklif alıb.
Farkenin son klubu Mönhenqladbax “Borussiya”sı olub. O, ötən həftə bu komandanı tərk edib.