“Lids”dən antirekord

“Lids”dən antirekord

İngiltərə “Lids”i ölkədaxili yarışlarda özünün ən ağır məğlubiyyətlərindən birini alıb. Bu, İngiltərə Premyer Liqasının XVII turuna təsadüf edib.

“Lids” “Mançester Siti” ilə oyunda 0:7 hesabı ilə darmadağın olub. Bununla da komanda tarixinin antirekordunu təkrarlayıb.

Bu, komandanın tarixində 7 top fərqi ilə 4-cü məğlubiyyətdir. “Lids” 1934-cü ildə “Stok Siti”yə 1:8, 1966-cı ildə “Vest Hem”ə, 1979-cu ildə “Arsenal”a indiki kimi 0:7 hesabı ilə uduzub.

ETOPAZ

Əvvəlki yazı

Sabonisə iki təklif

Növbəti yazı

FİFA ilin komandasına namizədləri açıqladı