“Lids”də yeni namizəd
“Lids”in baş məşqçisi postuna daha bir namizəd müəyyənləşib. İngiltərə klubu Andoni İraolanı bu posta gətirmək istəyir.
40 yaşlı mütəxəssis hazırda “Rayo Valyekano”nu çalışdırır. Onun yetirmələri turnir cədvəlində 5-cidir.
Cessi Marşı istefaya göndərən “Lids” digər ispaniyalı mütəxəssis Raul Qonzalesə də təklif göndərib. Lakin “Real”ın gənclərdən ibarət komandasını çalışdıran ispan bu təklifi qəbul etməyib.