Liderlər xal itirmədi

Liderlər xal itirmədi

Azərbaycan Premyer Liqasında 9-cu tura yekun vurulub. Son oyun günündə 2 qarşılaşma baş tutub.

“Qəbələ” “Qarabağ”ı qəbul edib. Meydan sahibləri ilk hissənin sonlarında azlıqda qalıb. İlkin Qırtımov qırmızı vərəqə ilə cəzalanıb. Görüşdə hesab ikinci yarıda açılıb. Filip Ozobiç ağdamlılara qələbə qazandıran topu vurub.

“Sabah” isə “Kəpəz”lə qarşılaşıb. Matç paytaxt təmsilçisinin böyük üstünlüyü ilə keçib. Bakılılar rəqibinə şans tanımayıb – 5:0.

Qeyd edək ki, “Qarabağ” 24 xalla 1-ci, “Sabah” 22 xalla 2-ci pillədə qərarlaşır.

ETOPAZ

Əvvəlki yazı

Cokoviç Nadalı arxada qoydu

Növbəti yazı

“Arsenal” yenidən zirvədə