Liderlər mübarizəni dayandırdı
Monrealda keçirilən “Masters” turnirdə maraqlı hadisə baş verib. Belə ki, reytinq siyahısına başçılıq edən hər 3 tennisçi ilk matçında məğlub olub.
Daniil Medvedev (1) Nik Kiriosa, Karlos Alkaras (2) Tommi Paula, Stefanos Tsitsipas (3) isə Cek Draperə uduzub. “Masters”də sonuncu dəfə belə hala 1999-cu ildə rast gəlinmişdi. Həmin vaxt İndian-Uells-də Pit Sampras, Yevgeni Kafelnikov və Aleks Korretalar mübarizəni erkən dayandırmışdı.