Liderlər irəlilədi, Azərbaycan mövqeyini qorudu
Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulub. Baş tutan 4 matçdan sonra UEFA reytinqi açıqlanıb.
Siyahının liderləri İngiltərə İspaniya, İtaliya və Almaniya günü qazancla başa vurub. Cədvəldə yerdəyişmə olmayıb.
Avropada təmsilçisi qalmayan Azərbaycanın mövqeyi dəyişməyib. 28-ci pillədə qalan ölkəmizin hesabında 19,625 xal var. Cari mövsümün qazancı 2,875-ə bərabərdir. Ölkə reytinqi üçün “Zirə” və “Qarabağ” 1,250, “Sabah” 0,250, “Sumqayıt” 0,125 xal əldə edib.
Qeyd edək ki, cədvələ başçılıq edən İngiltərənin 107,482 xalı var.