Lider “Dalğa Arena”da uduzdu
Azərbaycan Premyer Liqasında VIII tur başa çatıb. Son oyun “Dalğa Arena”da keçirilib.
“Araz-Naxçıvan” çempionatın lideri “Zirə”ni qəbul edib. Qarşılaşmann taleyini həll edən qol ikinci hissədə vurulub.
Nuno Rodriges Bakı klubunun qapısına yol tapıb. Bu, “Araz-Naxçıvan”a üç xal qazandırıb – 1:0. Lider mövsümdə ikinci məğlubiyyətini alıb.
Qeyd edək ki, IX turun oyunları oktyabrın 6-8-də keçiriləcək.