“Leypsiq”də vida
“Leypsiq” baş məşqçisi Domeniko Tedeskonu istefaya göndərib. Bunu Almaniya klubunun mətbuat xidməti açıqlayıb.
Bundesliqa təmsilçisinin belə addımına Çempionlar Liqasının startı səbəb olub. “Şaxtyor”a evdəki 1:4 hesablı məğlubiyyət 36 yaşlı mütəxəssisin vəzifəsindən kənarlaşdırılmasına səbəb olub.
Onunla birlikdə köməkçiləri Andreas Hinkel və Maks Urvançiki də klubdan ayrılıb.
Qeyd edək ki, Tedesko 2021-ci ilin dekabrından Leypsiqin eyniadlı klubunu çalışdırırdı.