“Leypsiq” baş məşqçisini istefaya göndərə bilər
“Leypsiq” rəhbərliyi komandanın nəticələrindən narazıdır. İdarə heyəti baş məşqçi Domeniko Tedeskonu istefaya göndərməyi düşünür.
Xüsusilə yay transfer pəncərəsində Timo Verner və David Raumun transferindən sonra komanda ciddi problemlərlə üzləşib. Buna səbəb onların keçidlərinə külli miqdarda pul xərclənməsidir.