“Leypsiq” Almaniya kubokunun sahibi oldu

“Leypsiq” Almaniya kubokunun sahibi oldu

Almaniya kubokunda mövsüm sona çatıb. Turnirin qalibi bəlli olub.

“Leypsiq” ardıcıl ikinci dəfə titulu qazanıb. Berlinin “Olimpiya” stadionunda keçirilən qarşılaşma 2:0 hesabı ilə başa çatıb. Fasilədən sonra iki qol vuran Mark Rozenin komandası inamlı qələbə qazanıb. Nkunku və Szoboslay fərqləniblər.

Qeyd edək ki, “Leypsiq” son 5 ildə dörd dəfə finalda mübarizə aparıb. İlk iki finalda uduzan komanda son iki mövsümdə azarkeşlərini sevindirib. 

ETOPAZ

Əvvəlki yazı

“Real”da ayrılıq

Növbəti yazı

Rays “Bavariya” yolunda