“Leykers”in 25 xallıq fərqi
“Nyu-York” “Leykers”lə görüşdə 106:100 hesabı ilə qalib gəlib. Bu matçın gedişində “Niks” 25 xal fərqi ilə də önə keçməyi bacarıb.
Los-Anceles təmsilçisi mövsümün 19 oyunundan 6-da belə durumla üzləşib. Onlar ötən mövsümün bütün görüşləri ərzində də cəmi 6 dəfə 25 və ya daha çox fərqlə geri düşüb.
Qeyd edək ki, “Leykers” ötən mövsüm 72 matç keçirib.